Bakıda döyülən məmur: Başımdan bellə vurdu
30.05.2015 692 0.0 0

May ayının 28-də Bakının Sabunçu rayonu, Bülbülə qəsəbəsi bələdiyyəsinin sədri və əməkdaşı döyülüb. Sabunçu rayon Polis İdarəsi 31-ci polis bölməsindən  verilən məlumata görə, Bülbülə qəsəbə Bələdiyyəsinin sədri, 1960-cı il təvəllüdlü Natiq Müseyib oğlu Həsənovu və bələdiyyədə mühəndis işləyən 1984-cü il təvəllüdlü Samir Valeh oğlu Əliyevi döyülmələrilə bağlı şikayət ediblər. Onlar bildiriblər ki, qəsəbə sakini, 1970-ci il təvəllüdlü Araz Əli oğlu Həsənov tərəfindən döyülüblər.

Hadisəni törədən şəxsi saxlayıblar. Araşdırmalar zamanı məlum olub ki, hadisə yer üstündə baş verib.

Döyülən bələdiyyə sədri Natiq Həsənovla əlaqə saxladıq. Sədr açıqlamasında döyüldüyünü təsdiqlədi. O, bildirdi ki, Araz Həsəov Bülbülə qəsəəsində böyük bir ərazini qeyri-qanuni şəkildə zəbt edib. Həmin ərazi neft sahəsinə düşdüyü üçün onu boşaltmaq lazım olub. Bələdiyyə sədri də bunun üstündə Araz Həsənovla mübahisə edib.

"Araz Həsənov bizi bel, taxta parçaları ilə vurdu. Daha sonra mənim başımdan, Samir Əliyevin gözündən yumruqla vurdu. Hər ikimizi döydü. Bununla bağlı polisə şikayət də etmişik", - deyə Natiq Həsənov bildirib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar