Bakıda dönərxanada partlayış baş verib- VİDEO
21.02.2017 1388 0.0 0

Bakıda dönərxanada partlayış olub.

 

Qazeta.info APA-nın məlumatına əsasən bildirir ki, hadisə Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən dönərxanada qeydə alınıb. Partlayış nəticəsində yanğın olub.

 

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Məlumata görə, dönərxanada baş verən partlayışda 5 nəfər xəsərat alıb.

3 saylı Şəhər Klinik Xəstəxanasından verilən məlumata görə, partlayış nəticəsində 1963-cü il təvəllüdlü Rüstəmova Naridə Rüstəm qızı, 1994-cü il təvəllüdlü Əlifxanlı Şəhriyar Əlimusa oğlu, 1992-ci il təvəllüdlü Bayramov Rəfael Nəsrəddin oğlu, 1991-ci il təvəllüdlü Məmmədov Elşən Əlimusa oğlu və 1978-ci il təvəllüdlü Hüseynova Sima Ağalar qızı xəsarət alıblar.

Onların vəziyyətinin orta-ağır olduğu bildirilib.   

 

Bildirək ki, dönərxanada partlayışa qaz balonunun partlaması səbəb olub.  

 

Məlumata görə, partlayış nəticəsində 50 kvadratmetr sahəsi olan dönərxana yararsız hala düşüb.

 

İlkin ehtimala görə, qaz balonu düzgün quraşdırılmadığına görə partlayıb.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar