Bakıda doğuş zamanı körpə ölümü baş verib
11.11.2016 543 0.0 0

Bakıda doğuş zamanı körpə ölümü baş verib.

 

Nəsimi rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Rəsul Rza küçəsində yerləşən “İnternational Medical Centre”də qeydə alınıb.

 

 

Bildirək ki, doğuş zamanı ölən uşağın ciyərlərində problem olub.Bunu hadisənin baş verdiyi “İnternational Medical Centre”dən bildirilib.

 

Qeyd olunub ki, ötən gün axşam saatlarında 1992-ci il təvəllüdlü Nərgiz Axundova doğuş üçün klinikaya müraciət edib. Doğuş cərrahi müdaxilə olmadan təbii üsulla həyata keçirilib. Həkimlərin səyinə baxmayaraq körpə doğuş vaxtı ölüb. İlkin ehtimala görə, ölümə körpənin ciyərinin açılmaması səbəb olub.

 

Klinikadan həmçinin bildirilib ki, hazırda hadisə ilə bağlı Nəsimi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. /apa/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar