Bakıda daha bir polis bölməsinin rəisi dəyişdirilib
16.02.2016 928 0.0 0

Daxili işlər orqanlarında yeni təyinat olub. 

 

Məlumata görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin rəisi Etibar Balakişiyev tutduğu vəzifədən azad edilərək Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alıb.

 

Qeyd edək ki, Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin rəisi Natiq Qasımov bir müddət əvvəl tutduğu vəzifədən azad edilərək Nizami rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin rəisi təyin edilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar