Bakıda dəhşət: hamilə qadın özünü binadan atdı
11.12.2015 766 0.0 0

 
Paytaxtın Xətai rayon sakini, 18 yaşlı Xatirə Aşirova özünü yaşadığı binanın 4-cü mərtəbəsindən atıb.
 
Qazeta.info Publika.az-a istinadla  xəbər verir ki, hadisə dünən axşam saat 21:00 radələrində baş verib.
 
Onun intihar etməsinə səbəb kimi ailədaxili problemlərinin olması göstərilir.
 
Xatirə Aşirovanın yaxınları əməkdaşımıza bildiriblər ki, qadının həyat yoldaşı evə içkili gəlirmiş.
 
Hadisə baş verən gün o, əri ilə mübahisə edib.
 
Xatirə Aşirova 4 aylıq hamilə imiş. O, Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. 

X.Aşirovanın qohumları bildirib ki, hazırda qadının vəziyyəti ağırdır.
 
Onların sözlərinə görə, dünən qadının bətnindəki körpə öldüyündən uşaq əməliyyatla götürülüb.
 
Qadının ayaqları sınıb və o, bu gün əməliyyat olunacaq. 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar