Bakıda bu küçə və prospektlərdə sıxlıq yaranıb (FOTO)
08.12.2016 808 0.0 0

Hazırda paytaxtda müşahidə edilən faktiki hava şəraiti ilə əlaqədar olaraq, bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Tbilisi prospekti (hər iki istiqamətdə), Ziya Bünyadov prospekti (hər iki istiqamətdə), Heydər Əliyev prospekti (şəhər istiqamətində), Abdulvahab Salamzadə küçəsi (hər iki istiqamətdə), Yusif Səfərov küçəsi (şəhər istiqamətində) sıxlıq müşahidə edilir.

BNA sürücülərin diqqətinə çatdırır ki, yollar buz bağladığında nəqliyyat vasitələrini ehtiyatla idarə etsinlər./Trend/

 

 

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar