Bakıda bir qrup şəxs razılaşdırılmamış aksiyaya cəhd edib
10.03.2018 1308 0

Bu gün bir qrup şəxs Bakının Səbail rayonunda, “Fəvvarələr meydanı”nda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd edib.
Məlumata görə, polis aksiyaya müdaxilə edib, razılaşdırılmamış aksiyanın qarşısı alınıb.
Aksiyaya cəhd edənlərin Gələcək Azərbaycan Partiyasının (dövlət qeydiyyatından keçməmiş partiyadır) üzvləri olduğu bildirilir.
Xatırladaq ki, bu gün Milli Şura və Müsavat Partiyası Bakının Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış birgə mitinq keçirib./Report/
Digər xəbərlər:
Şərhlər