Bakıda bir gündə iki nəfər özünü yandırdı
23.02.2016 948 0.0 0

Bakı sakini özünü yandırıb. Hadisə Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydə alınıb. Respublika Yanıq Mərkəzindən verilən məlumata görə, qəsəbənin  1983-cü il təvəllüdlü sakini Ceyhun Abdulla oğlu Abdullayev ağır yanıq xəsarətləri ilə xəstəxanaya gətirilib. Reanimasiya şöbəsinə yerləşdirilən 33 yaşlı kişinin vəziyyətinin ağır olduğu bildirilir.

Suraxanı Rayon Polis İdarəsindən hazırda hadisənin başvermə səbəblərinin araşdırıldığını bildirdilər.

33 yaşlı kişidən başqa  Respublika Yanıq Mərkəzinə özünü yandıran daha bir şəxs gətirilib. Bibiheybət qəsəbəsi Namiq Quliyev küçəsi, 23 ünvanında yaşayan 1979-cu il təvəllüdlü Eldar Akif oğlu Bəkirov sərxoş vəziyyətdə üstünə benzin tökərək özünü yandırıb. 

Xəstəxanadan onu da bildirdilər ki, özünü yandıran Eldar Bəkirov kimsəsizdir. Bəzi məlumatlara görə, E.Bəkirov özünü yandıran zaman banka borcu olduğunu və ailəsini dolandıra bilmədiyini deyib. Hazırda  həmin şəxsin də vəziyyəti ağırdır./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar