Bakıda bir-birinə bitişik 3 ev yandı, ölən var
26.05.2015 828 0.0 0

Bakı şəhəri, Suraxanı rayonunda bir-birinə bitişik, ümumi sahəsi 129 kv.m olan birmərtəbəli fərdi yaşayış evində 1-ci ailəyə məxsus 1 otağın yanar konstruksiyaları 21 kv.m sahədə, 2-ci ailəyə məxsus 2 otağın yanar konstruksiyaları 42 kv.m sahədə, 3-cü ailəyə məxsus ümumi sahəsi 66 kv.m olan 2 otağın lambirdən ibarət tavanı və dam örtüyü 42 kv.m sahədə yanmışdır.

Qazeta.info Fövqaladə Hallar Nazirliyinə istinadla bildirir ki, yanğının kəşfiyyatı zamanı ev sahibi 1948-ci il təvəllüdlü Həlimova Tamella Yusif qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunmuşdur. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar