Bakıda baş vermiş güclü yanğının txaca səbəb olub-FOTOLAR
10.04.2015 2533 0.0 0

Bakıda yaşayış binasında  güclü yanğın baş verib. Hadisə şahidlərinin verdiyi məlumata görə, Zığ şosesi, 16 ünvanı, "Nargilə" kafesinin arxasında yenidənqurma işlərinin aparıldığı 9 mərtəbəli yaşayış binasının fasadını üzləmək üçün qurulan taxta konstruksiyalar yanmağa başlayıb. 

Yanğın mənzillərə keçdiyindən binada yaşayanlar təxliyyə edilib. 

Hadisə yerinə 10-a yaxın yanğınsöndürmə briqadası cəlb olunub. Havanın küləkli olması yanğınsöndürənlərin işinə çətinlik törədir.

Hazırda yanğın lokallaşdırılıb. Xəsarət alanlar barədə məlumat verilmir.

Hadisənin baş vermə səbəbinə hələ rəsmi olaraq açıqlanmayb.

Xatırladaq ki, Bakıda çoxmərtəbəli binasının yanması böyük tıxaca da səbəb olub.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən  verilən məlumata görə, Alfred Nobel prospekti ilə Zığ Şossesi ilə kəsişmədə Nargilə kafesinin arxasında yaşayış binasında baş vermiş yanğın hadisəsi nəticəsində həmin istiqamətlərdə (Ramiz Quliyev küç., Zığ şos., Nobel pr.) sıxlıq yaranıb. /anspress/



 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar