Bakıda Azərbaycan-Ermənistan qarşılaşması (FOTO)
13.06.2015 1407 0.0 0

 

Güləş üzrə kişilər arasında 59 kq Yunan-Roma yarışında 1/4 final oyunları baş tutub.

Məlumata görə, bu mərhələdə iki erməni əsilli idmançı üz-üzə gəlib. Ermənistan təmsilçisi Roman Amoyan Rusiyanı təmsil edən erməni əsilli Stepan Maryanyanla güləşib. 

Rus idmançının aşkar üstünlüyü ilə keçən yarışdan Stepan Maryanyan 4:0 hesablı qələbə ilə ayrılıb. 

 

Yarımfinal mərhələsində Rusiya idmançısı Azərbaycan təmsilçisi Elman Muxtarovla münasibətlərinə aydınlıq gətirib. Gərgin keçən görüşdə rus güləşçi 4:1 hesabı ilə qələbə qazanıb və finala çıxıb. 

Azərbaycan təmsilçisi Elman Muxtarov isə medal ümidini hələ ki davam etdirir. Təmsilçimiz növbəti mərhələdə rus idmançısına uduzan Roman Amoyanla mübarizə aparacaq./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar