Bakıda avtoyuma işçisi yumağa gətirilən avtomobili qaçırıb
20.09.2017 589 0.0 0

 Bakıda avtoyuma işçisi yumaq üçün gətirilmiş avtomobili qaçırıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə sentyabrın 19-da Sabunçu rayonunun Bilgəh qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə ərazisindəki avtoyuma məntəqələrindən birindən Maştağa qəsəbə sakini Zamin Bağıyevə məxsus “VAZ-21074” markalı avtomobil qaçırılıb.

Avtomobili qaçırmaqda şübhəli bilinən, həmin avtoyuma məntəqəsində işləyən Şərur rayon sakini İsmayıl Yasinli Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində saxlanılıb.

Sabunçu Rayon Polis İdarəsi faktla bağlı araşdırma aparır./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar