Bakıda avtomobil qadını vuraraq öldürüb
02.09.2016 667 0
Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb. Bakı şəhər sakini Orxan Namazov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən paytaxt sakini Sona İsmayılovanı vurub. Xəstəxanaya yerləşdirilən piyada sentyabrın 1-də orada ölüb.
Faktla bağlı araşdırma aparılır./apa/
Digər xəbərlər:
Şərhlər




