Bakıda avtomobil qaçıran qadın tutulub
04.11.2016 903 0.0 0

Bakıda qadın avtomobil qaçırıb. 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 3-də Sabunçu rayonunun Zabrat qəsəbəsindən Bakı şəhər sakini Natiq Zülfüqarova məxsus "Mercedes" markalı avtomobil oğurlanıb. 

Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən həmin avtomobilin Q.Qarayev prospektində hərəkətdə olması aşkar edilib və görülmüş tədbirlərlə avtomobil saxlanılaraq onu idarə edən Bakı şəhər sakini, 19 yaşlı Aygün Hüseynova ilə birgə 15-ci Polis Bölməsinə təhvil verilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar