Bakıda avtobusların yolu yenidən dəyişdirilir
06.06.2015 659 0.0 0

Bu gün Bakıda bəzi sərnişin avtobuslarının hərkət istiqamətində dəyişiklik edilib. Bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov  məlumat verib. Onun sözlərinə görə, bu dəyişiklik müvəqqətidir.

“Bu gün paytaxtda keçiriləcək I Avropa Oyunlarının baş məşqi keçirilir. Bu səbəbdən yollarda avtomobil sıxlığının qarşısını almaq üçün sərnişin avtobusları bəzi ərazilərə buraxılmır. Ona görə də, bir neçə sərnişin avtobusunun hərəkət istiqaməti dəyişdirilib”, - deyə Namiq Həsənov bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, bu dəyişiklik iyunun 12-də də baş verəcək. Bundan əlavə, oyun zamanı da, bəzi avtobus xətlərinin hərəkət istiqaməti uzadıla, yaxud qısaldıla bilər. 

Qeyd edək ki, ötən gündən etibarən Bakıda 5, 6, 13, 18 saylı avtobus xətlərinin hərəkət istiqaməti dəyişdirilib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar