Bakıda avtobuslar üçün xüsusi yol zolağı salınır (VİDEO)
14.11.2015 642 0.0 0

ANS TV-nin məlumatına görə, avtobusların və operativ nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulan sarı zolaqların çəkilməsi yolun enindən asılıdır. Bu cür xüsusi yollar hərəkət zolaqları daha çox olan yollarda çəkiləcək. 

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən xəbərə görə, yollarda sarı zolaqların çəkilməsi paytaxtda müntəzəm sərnişin daşımaları yerinə yetirən avtobusların və operativ nəqliyyat vasitələrinin maneəsiz və rahat hərəkətinin təmin edilməsi məqsədilə həyata keçirilir. 

Nəqliyyat Nazirliyinin rəsmisi Şəfa Mehmanqızı isə deyir ki, bu zolaqların çəkilməsi xüsusilə səhər və axşam saatlarında həyata keçirilir. O həmçinin qeyd edib ki, avtobuslar, təcili yardım maşınları və digər operativ nəqliyyat vasitələri üçün ayrıca hərəkət zolaqlarının olması daha məqsədəuyğundur. 

Yola daxil olan digər nəqliyyat vasitələri isə qayda pozuntusuna yol verdikləri üçün cərimə olunacaqlar. Hazırda paytaxtdakı 6 küçədə Bibiheybət yolu, Nobel prospekti, Yusif Səfərov, Salatın Əsgərova, Rəşid Behbudov və Əhməd Rəcəbli küçələrində avtobus və operativ nəqliyyat vasitələrinin hərəkəti üçün xüsusi zolaqlar çəkilib. 

Baş Dövlət Yol Polisi İdarəsi və Nəqliyyat Nazirliyi paytaxtda 40-dan çox yolda bu cür zolaqların çəkilməsini təklif edir./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar