Bakıda avtobus sürücüsü vəhşicəsinə döyüldü - Video
18.09.2017 890 0.0 0

Bakıda daha bir avtobus sürücüsü vəhşicəsinə döyülüb.

Qazeta.info “Qafqazinfo” -ya istinadla xəbər verir ki, bu gün saat 17:30-da Memar Əcəmi metrostansiyasının yaxınlığındakı dayanacaqda 135 saylı, “10 TG 034” nömrə nişanlı avtobusun sürücüsü Kərimov Qüdrət Xanzalı oğlu sərnişin tərəfindən döyülüb.

İnsident nəticəsində xəsarət alan sürücü təcili tibbi yardım avtomobili ilə 1 saylı Kiliniki Tibbi Mərkəzə (Semaşka) aparılıb, onun qaşına tikiş qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, son günlər paytaxtda avtobus sürücüləri ilə sərnişinlər arasında tez-tez belə hadisələr baş verir.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar