Bakıda avtobus qəza törədib: Ölən var
25.08.2019 574 0.0 0

Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.

Qazeta.info APA-nın məlumatına əsasən bildirir ki, avtoqəza zamanı piyadaları avtobus vurub.

Belə ki, Zabrat qəsəbəsində qeydə alınmış yol qəzasında 186 saylı xətt marşrutu üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu yolu keçmək istəyən iki piyadanı vurub. Nəticədə ağır xəsarət alan Rza və Əli adlı piyadalar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Əldə edilən məlumata əsasən, sərnişin avtobusunun vurduğu piyadalardan biri, Rza Quliyev həkimlərin səyinə baxmayaraq, xəstəxanada keçinib. Digər yaralının müalicəsi isə davam etdirilir.

Faktla əlaqədar cinayət işi başlanılıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar