Bakıda avtobus piyada zolağında adam vurdu - VİDEO
21.12.2016 1549 0.0 0

Bakıda piyada zolağından istifadə edən kişini avtomobil vurub.

Məlumata görə, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsi Məhəmməd Hadi küçəsində qeydə alınıb.

Belə ki, təxminən 40-45 yaşlarında olan kişi piyada zolağı ilə yolun digər tərəfinə keçmək istəyib. Bu zaman yol hərəkəti qaydasını pozaraq əks istiqamətdə yola çıxan 12 saylı sərnişin avtobusu piyadanı vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./Report/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar