Bakıda ağır yol qəzası - ölən var
10.05.2017 718 0

Bakıda minik avtpmobili ilə yük avtomobili toqquşub.
Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verilir ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda “VAZ” markalı minik avtomobili ilə “Shacman” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verməsi barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq “VAZ” markalı avtomobilində sıxılmış vəziyyətdə qalmış 1987-ci il təvəllüdlü Fərid Cavanşir oğlu Seyidovun cəsədini çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 04:52-də başa çatıb./Trend/
Digər xəbərlər:
Şərhlər