Bakıda ağır yol qəzası-ölən var
29.03.2015 822 0.0 0

Bakı şəhərində ağır yol-nəqliyyat qəzası baş vermişdir.

Qazeta.info Fövqəladə Hallar Nazirliyinə istinadla bildirir ki,  “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda “VAZ” və “Chevrolet” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş vermişdir.

Fövqəladə Hallar Nazirliyinin hadisə yerinə cəlb olunmuş qüvvələri xilasetmə işlərinə başlayıb. Hadisə yerində 1966-ci il təvəllüdlü Fərrux Ataman oğlu Şahbazov cəsədi aşkar olmuşdur. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar