Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib
23.05.2016 1003 0.0 0

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Səbail rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Bayıl qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakinləri Fərhad Ocaqnavinin idarə etdiyi “Ford” markalı və Emil Məhərrəmovun idarə etdiyi “Mazda ” markalı avtomobillər toqquşub.    
 
Nəticədə E.Məhərrəmovun sərnişinlərindən 1956-cı il təvəllüdlü Mikayıl Makraqus xəstəxanaya aparılarkən yolda ölüb, özü və digər sərnişini Emil Əlizadə, habelə F.Ocaqnavi və sərnişini Ənvər Mirzəyev xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar