Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib
25.12.2015 558 0.0 0

 

Məlumata görə, hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində qeydə alınıb. Belə ki,  yolu keçmək istəyən piyada Maarif İsayevi maşın vurub. Piyadanı xəstəxanaya sürücü  Əliyusif Xəlilov gətirib. Yaralı xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib. Piyadanı xəstəxanaya gətirən Əliyusif Xəlilovun idarə etdiyi "VAZ 2104"  markalı avtomobilində əziklər olub. Sürücü polis əməkdaşlarına bildirib ki, o Maştağa istiqamətində hərəkətdə olarkən onu ötüb keçən digər avtomobil yolu keçən piyadanı vurub. Zərbənin təsirindən piyada onun avtomobilinin üstünə düşüb.
 
Polis əməkdaşları Əliyusif Xəlilovun avtomobilinə baxış keçiriblər. Əliyusif Xəlilovun ifadəsinin düzgünlüyü ərazidə olan nəzarət kamerasına keçiriləcək baxışdan sonra məlum olacaq.
 
Faktla əlaqədar Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanıb. Araşdırma aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar