Bakıda ağır nəqliyyat hadisəsi- ölən var
03.09.2016 819 0
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə sentyabrın 3-də saat 03 radələrində Sabunçu rayonunun Pirşağı qəsəbəsində qeydə alınıb. Abşeron rayon sakinləri Samir Əhmədovun idarə etdiyi “Mercedes” və Elvin Məmmədzadənin idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə E.Məmmədzadə hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır./apa/
Digər xəbərlər:
Şərhlər




