Tarix: 29.06.2017,   Saat: 16:36, Cümə axşamı.          

Bakıda 70 min manatlıq qızıl əşyalarını oğurlayan usta tutuldu

Bakıda 70 min manatlıq qızıl əşyalarını oğurlamış Kürdəmir sakini tutulub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 15-də Səbail rayonu ərazisində yaşayan Gülşən Rəfiyeva 9-cu Polis bölməsinə müraciət edərək sentyabrın 12-də evində usta işləyən Kürdəmir rayon sakini Rəşad Ömərov tərəfindən 70.000 manat dəyərində qızıl əşyalarının oğurlandığını bildirib.

Səbail RPİ 9-cu PB əməkdaşları tərəfindən aparılmış araşdırmalarla fakt təsdiqini tapıb və həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən R.Öməriov tutulub./trend/



  Bölmə: Ölkə | Baxış sayı: 521 | Tarix: 18.11.2016, 14:34


Xəbərlər