Bakıda 64 yaşlı kişi özünü yandırıb
24.05.2017 985 0

Bakıda intihara cəhd olub.
Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 11.30 radələrində “Azneft” dairəsi yaxınlığında yerləşən banklardan birinin qarşısında qeydə alınıb.
Banka gələn müştəri - 64 yaşlı Ramiz Manafov üzərinə benzin tökərək özünü yandırıb. Hadisə yerində olan şəxslərin köməkliyi ilə yanğın söndürülüb, o, dərhal xəstəxanaya çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, R. Manafovun vəziyyəti ağırdır.
Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Səbail rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, bu barədə ilk məlumatı "musavat.com" yayıb.
Digər xəbərlər:
Şərhlər