Bakıda 1 manatlıq dayanacaqlar
06.05.2015 648 0.0 0

Bakıda keçiriləcək Avropa Oyunlarında iştirak etmək üçün etibarlı bileti olan tamaşaçılar şəxsi avtomobillərini Bakının mərkəzi hissəsində yerləşən 2 avtodayanacaqda 1 AZN ödəməklə saxlaya bilər. Oradan isə yeni, ətraf mühitə zərər vurmayan xüsusi ekspres avtobuslarla yarış arenalarına gedə biləcəklər. 

Əməliyyat Komitəsindən  verilən məlumata görə, bu ekspres avtobuslar oyunların genişləndirilmiş marşrut sistemindən istifadəni mümkün edəcək. Bu sistem, şəhər boyunca, bütün Bakı 2015 arenalarını birləşdirəcək və tamaşaçıların, həmçinin, idmançıların idman arenalarına tez və səmərəli şəkildə çatmasını təmin etmək üçün hazırlanıb.

Qeyd edək ki, Bakı 2015 Avropa Oyunlarından əvvəl nəqliyyat konfransına ev sahibliyi edib. Konfrans Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK), tərəfdaş şirkətləri, nazirlikləri və digər müvafiq hökumət qurumlarını iyunun 12-də başlayacaq, Oyunlar zamanı, tətbiq olunacaq nəqliyyat planı ilə yaxından tanış etmək məqsədilə təşkil edilib. 

Nəqliyyat Nazirliyi Oyunlara qatılacaq tamaşaçılara müraciət etdi ki, arenalara getmək üçün şəxsi öz şəxsi avtomobilləri əvəzinə, Bakı şəhəri üzrə fəaliyyət göstərəcək təkmilləşdirilmiş ictimai nəqliyyat xidmətindən istifadə etsinlər.

Bakı 2015 Birinci Avropa Oyunları iyunun 12-dən 28-dək davam edəcək. Bakı 2015 Birinci Avropa Oyunları, ümumilikdə, 20 idman növü üzrə keçiriləcək. Avropanın müxtəlif ölkələrindən təxminnən 6000 idmançının 17 yarış günü müddətində ölkələrini təmsil edəcəyi gözlənilir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar