Bakıda 1 dolların satış məzənnəsi 1,84 AZN çatıb
08.01.2016 691 0.0 0

 Qazeta.info bildirir ki, "Report" agentliyinin analitik qrupunun bu gün Bakı şəhərinin 28 May küçəsində yerləşən valyutadəyişmə məntəqələri üzrə saat 12:00 radələrində apardığı monitorinq nəticəsində nağd ABŞ dollarının alış-satış məzənnəsinin yenidən artdığı qeydə alınıb. Əksər "exchange"lərdə 1 ABŞ dollarının alışı 1,77 manat, satışı isə 1,84 manata aparılır. Qeyd edək ki, dünən əksər valyutadəyişmə məntəqələrində dolların alış-satış məzənnələri 1,72-1,78 AZN/USD olub, bəzi hallarda isə həttə 1,75-1,80 AZN/USD-yə çatıb.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) bu günə olan rəsmi məzənnəsi - 1,5642 AZN/USD olsa da, bu gün AMB-nin valyuta hərracı keçirməməsi valyuta bazarında ajiotaji daha da artırıb. Xatırladaq ki, AMB dünən, yanvarın 7-də keçirdiyi valyuta hərracında tələbin yalnız 19%-ni qarşılayıb və 50 mln. dollar satıb.

Valyuta hərracları vasitəsilə mütəşəkkil bazarda kommersiya banklarına dollar kütləsi satan AMB satışı "ən yaxşı təklif" prinsipi ilə həyata keçirir. AZN/USD məzənnəsinin həftə sonu 2,00 AZN/USD-yə çatması artıq reallığa bənzəyir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar