Bakıda 14 yaşlı məktəbli bıçaqlanıb
26.02.2016 517 0.0 0

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) orta məktəb şagirdinin bıçaqlanması faktına münasibət bildirib.
İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Arzu Tairquliyeva APA-ya açıqlamasında bildirib ki, bıçaqlanma hadisəsi məktəbdən kənarda baş verib: “Dərsə gələrkən sinif yoldaşları arasında dava düşüb. Nəticədə məktəbli sinif yoldaşını bıçaqlayıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır”.
 
Saat 18.17
 
***
Bakıda orta məktəbdə bıçaqlanma hadisəsi baş verib.
 
APA-nın məlumatına görə, hadisə Binə qəsəbəsində yerləşən 136 saylı orta məktəbdə qeydə alınıb. Həmin məktəbin şagirdi 14 yaşlı İlkin M. məktəb yoldaşı tərəfindən bıçaqlanıb. Yaralı şagird ağır vəziyyətdə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
 
Hadisəni törədən məktəbli saxlanılıb.
 
Xəstəxanadan bildirilib ki, bıçaq xəsarəti alan şagird əməliyyat olunub və hazırda vəziyyəti stabildir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar