Bakıban Türkiyəyə getmək üçün 30 qatar sifariş olunub
18.08.2015 685 0.0 0

Bakı-Tbilisi-Qars istiqamətində yüksək surətli qatarlar istifadəyə veriləcək. Ümumiyyətlə, 1759 kilometr uzunluğunda salınacaq yeni yol qardaş ölkǝ və Azərbaycan ilə yanaşı, digər qonşu ölkələrə də yüksəksürətli qatarla gedib-gəlməyə imkan verəcək.

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun verdiyi məlumata görə, artıq Bakı-Tbilisi-Qars istiqamətində işlər yekunlaşıb. Bu istiqamətdə hərəkət edəcək 30 qatar da sifariş olunub, qatarların gələn ildən ölkəmizə gətiriləcəyi gözlənilir.

Nadir Əzməmmədov onu da əlavə etdi ki, gətirilən qatarlar yüksək standarlara cavab verəcək, qatarlara "wi fi" sistemi qoşulacaq. "İndi Türkiyəyə hamı cəmi bir günə gedə biləcək. Amma bu istiqamətdə əvvəlcə yükün daşınması, sonra isə sərnişin daşınması həyata keçiriləcək" - deyə mətbuat katibi əlavə edib.

 


Nadir Əzməmmədov - Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi


Mətbuat katibinin sözlərinə görə, Azərbaycan standartlarında vaqonların təkər cütləri 1520, avropalılarda 1435-dir. Vaqonların təkər cütləri Gürcüstandan Türkiyəyə keçəndə avtomatik Avropa standartlarına uyğun yığılır, bizim tərəfə keçəndə isə bizim standartlara uyğun yığılır. Ona görə də, məhz, bu tip vaqonlar alınacaq.

Biletlərin satışını həm kassadan, həm də "online" sistemlə həyata keçiriləcək.

Bakı-Tbilisi-Qars istiqamətində danışıqlar hələ 2014-cü ildən başlanıb. Layihə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən "21 fevral 2007-ci il tarixli Bakı-Tbilisi-Qars" layihəsinin fəaliyyətini həyata keçirilməsi haqqında prezident sərəncamına əsasən maliyyələşdirilir./anspress/

 

Bakı-Tbilisi-Qars dəmir yolları


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar