Bakı Yay Olimpiya oyunlarından imtina etdi
16.09.2015 1079 0.0 0

Bakı 2024-cü ildə keçiriləcək XXXIII Yay Olimpiya oyunlarına ev sahibliyi etmək fikrində deyil.

Məlumata görə bu gün oyunların keçirilməsi üçün müraciət ərizələrinin qəbulu sona çatıb və artıq namizəd-şəhərlərin adı bəllidir. Bakının adı həmin şəhərlər arasında yoxdur. 

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Prezidenti Tomas Baxın sözlərinə görə İlk Avropa Oyunlarına ev sahibliyi edən Bakı qurumla danışıqlar apardıqdan sonra öz şansını 2028-ci ildə sınamağa qərar verib.


BOK-un saytında yerləşdirilən açıqlama

Azərbaycanın Gənclər və İdman Nazirliyindən verilən məlumata görə ölkədə kifayət gədər Beynəlxalq idman tədbirlərinin keçirilməsi nəzərdə tutulduğundan 2024- cü il Yay Olimpiya oyunlarında Bakı öz namizədliyini irəli sürməyib.

Qurumun Mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın sözlərinə qərar düşünülmüş şəkildə verilib.

“Hal-Hazırda "Rio-2016" Yay olimpiadasına ciddi hazırlıqlar gedir, bundan əlavə Bakıda yaxın gələcəkdə bir sıra Beynəlxalq idman tədbirlərinin baş tutacağını və iş qrafikinin sıx olduğunu nəzərə alaraq bu il namizədliyimizi irəli sürməmək qərarı verilib”.

Bakıda

2016-cı ilin sentyabrında Ümumdünya Şahmat Kuboku; 
2016-cı ilin iyulunda "Formula - 1" yarışmalarının Qran-Pri mərhələsi;
2017-ci ildə 4-cü İslam Həmrəylik oyunları;
2020-ci ildə Futbol üzrə Avropa çempionatının final mərhələsinin keçirilməsi nəzərdə tutulur.

Bununla da 2024-ci ildə keçiriləcək Olimpiya oyunlarını ölkəsində qəbul etmək üçün 5 şəhər mübarizəyə başlayır. Namizədlər siyahısına Paris , Roma , Budapeşt , Los-anceles vəHamburq şəhərləri daxildir. 4 Avropa şəhərinin oyunları yenidən öz qitəsinə qaytarmağa çalışdığı bir vaxtda, ABŞ-ın Los – Anceles şəhəri də 3-cü dəfə Olimpiya oyunlarına ev sahibliyi etmək üçün əlindən gələni etməyə çalışacaq.

Tomas Baxın sözlərinə görə 2022-ci ildə keçiriləcək Qış Olimpiya sadəcə iki ölkə - Çin vəQazaxıstanın namizəd qismində qatılmasında sonra, 5 namizədin Yay oyunlarına maraq göstərməsi sevindirici haldır. Bax bunun olimpiya oyunlarının imicinə müsbət təsir edəcəyini düşünür. Onun sözlərinə görə son illər dünya bu oyunlara maliyyə vəsaitlərinin hədər yerə sərf edilməsi kimi baxır. 


Tomas Bax - Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti

Doğurdan da son illər Olimpiadaya ev sahiblik etmək istəyən namizəd-ölkələr sayında azalma müşahid olunur. 2012-ci ildə Yay oyunlarını öz ölkəsinə gətirmək istəyənlərin sayı 5, 2016-cı il üçün 4, 2020 –ci il üçün isə 3 olub. Bu tendensiyanı dünyada hökm sürən iqtisadi böhran bəzi ölkərin Olimpiya oyunlarından sonra düşdüyü çətin maliyyə vəziyyəti ilə izah etmək olar. 

Olimpiada keçirilən şəhərlərə vurulan ziyanlar haqda 6 fakt Beynəlxalq Olimpiya Komitəsi yarışların keçirilməsinə namizəd olan şəhərlərin yekun sayını 2016-cı ilin aprel-may aylarında təsdiqləyəcək. Oyunların keçiriləcəyi yer barədə qərarı isə Komitə 2017-ci ildə verəcək. Olimpiada-2024-ün təşkilat komitəsi üçün 1,7 milyard dollar vəsaitin ayrılması nəzərdə tutulub./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar