Bakı-Tbilisi-Qars dəmir yolundan rels oğurlamış şəxslər saxlanılıb
07.12.2017 950 0.0 0

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Samtsxe-Cavaxeti bölgəsi üzrə departamentinin əməkdaşları 3 nəfəri oğurluq üstündə saxlayıblar.

 

APA-nın Gürcüstan bürosunun DİN-nin məlumatına istinadən verdiyi xəbərə görə, həmin şəxslər noyabrın 21-də bölgənin Ninotsminda şəhərində Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin “Marabda-Kartsax” hissəsindən relslər oğurlayıblar.

 

Məlumatda qeyd olunub ki, saxlanılan şıxslər dəmir yolu relslərini çəkmiş “Dəmiryol Servis” MMC-nin əməkdaşlarıdır. DİN oğurlanmış relsləri maddi sübut kimi müsadirə edib. Faktla bağlı cinayət işi açılıb. Oğurluqda ittiham olunan şəxsləri 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar