Bakı - Sumqayıt «uçuşuna» az qalıb (VİDEO)
03.08.2015 584 0.0 0

 

 

Sentyabr ayının 15-nə qədər Bakı-Sumqayıt qatarının istifadəyə verilməsi nəzərdə tutulur.

ANS TV-nin məlumatına görə, hələ ki, bu istiqamətdə işlər davam etdirilir. Bu sözləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəisi Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.

Bu məqsədlə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Riqadan 5 ədəd əlavə təmir olunmuş qatarlar da alıb. Həmçinin sərnişinlər bu qatarla Sumqayıtdan Bakıya cəmi 40 dəqiqəyə gələ biləcəklər.

“İkin mərhələdə dəmir yolu ilə təxminən 20-30 min insan daşınacaq. Bu gün insanlar Bakı-Sumqayıt arasında təxminən 1-1,20 manat xərcləyirlər. Amma biz tarifləri xeyli ucuz edəcəyik, həmçinin də təxminən 1 saatlıq vaxt itkisi aradan qalxmış olacaq”, - deyə Cavid Qurbanov bildirib./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar