Bakı-Quba yolunda sərnişin avtobusu ilə yük maşını toqquşub- FOTO
02.11.2016 1061 0.0 0

Bu gün səhər saatlarında Bakı-Quba-Rusiya dövlət sərhədi yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Məlumata görə, hadisə magistralın 128-ci kilometrliyində, Şabran rayonunun Dəvəçi kəndi ərazisində qeydə alınıb. Bakıdan Xaçmaz istiqamətində hərəkətdə olan 27 AC 622 dövlət nömrə nişanlı, “Hyundai” markalı sərnişin avtobusu ilə 99 XP 579 nömrə nişanlı “Ford” markalı yük maşını toqquşub. Qəza nəticəsində bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Faktla bağlı araşdırma aparılır./apa/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar