Bakı-Qazax yolunda ağır qəza- MAN minik avtomobilini əzib
09.09.2016 761 0.0 0

Bakı-Qazax yolunun 122-ci kilometrliyində, Hacıqabul rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi baş verib.Hadisə nəticəsində 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

 

Məlumata görə, səhər saatlarında Qubadlı sakini, 1960-cı il təvəllüdlü İsgəndərov İzzət Atakişi oğlunun idarə etdiyi MAN markalı, 50 ZA 177 dövlət nömrə-nişanlı yük maşını Yevlax sakini, 1986-cı il təvəllüdlü Qafarov Elşad Süleyman oğlunun idarə etdiyi “Mercedes” markalı, 66 BJ 952  dövlət nömrə-nişanlı minik avtomobili ilə toqquşub.

 

Nəticəndə “Mercedes”də olan sərnişin, 1958-ci il təvəllüdlü Hüseynov Sabir İsmayıl oğlu hadisə yerində ölüb, sürücü ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib. Digər sərnişinlər - Yevlax sakinləri, 1959-cu il təvəllüdlü Hüseynova Aybəniz Arif qızı, 1960-cı il təvəllüdlü İradə Qocayeva, 1953-cü il təvəllüdlü Məshəti Qocayeva, 1994-cü il təvəllüdlü Haqverdiyeva Ayşən Arzu qızı, 2015-ci il təvəllüdlü Hüseynov Tuncay Ədalət oğlu və Hüseynova Solmaz Ədalət qızı müxtəlif dərəcəli bədən xəsarətlər alaraq, Şirvan Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb.  

Faktla bağlı araşdırma aparılır./apa/

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar