«Bakı Olimpiya Stadionu» çöküb?
05.03.2015 1258 0.0 0

"Bakı 2015" I Avropa Oyunlarının açılışı üçün nəzərdə tutulan "Bakı Olimpiya Stadionu"yla bağlı şok bilgi əldə olunub 

Qazeta.info bildirir ki, bu haqda Stadium.az saytı məlumat yayıb.

Məlumata  görə, arenanın bir hissəsində çöküntü baş verib. Bilgiyə görə, stadion ərazisində daha əvvəl göl olub. Bu göl qurudularaq yerində stadion tikintisinə başlanılıb.

“Bakı Olimpiya Stadionu”nda çalışan fəhlələrdən birinin redaksiyamıza verdiyi məlumata görə, stadionun alt hissəsinə su yığılıb. Təcili olaraq arenaya mütəxəssislər dəvət olunub. Hazırda da Almaniya və Yaponiyadan olan mütəxəssislər bu problemin aradan qaldırılması yönündə çalışırlar.

Hətta ehtimal olunur ki, əgər vəziyyət bu cür davam edərsə və Avropa Oyunlarında "Bakı Olimpiya Stadionu"na 50-60 min seyirci gələrsə, arena tamamilə çökə və fəlakət ola bilər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar