Bakı metrosunda qatar tüstüləndi - Video
08.01.2016 665 0.0 0

Bakı Metropoliteninin “Xətai” stansiyasında qatarda yanğın olub.

Qazeta.info “Qafqazinfo”-ya istinadla  xəbər verir ki, “28 May” stansiyası istiqamətində hərəkətdə olarkən sərnişinlər tüstü qoxusu hiss ediblər. Amma hərəkət dayandırılmayıb və qatar növbəti stansiyaya qədər gedib.

“28 May”da sərnişinlərin hamısı qatardan düşürülüb və metropoliten əməkdaşları qatara baxış keçiriblər.

Video sosial şəbəkədə istifadəçi Fuad Hacıyev tərəfindən paylaşılıb:

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar