Bakı metrosunda orta yaşlı şəxs döyülüb
29.12.2016 697 0.0 0

Bu gün 20:50 radələrində Bakı metropolitenində təqribən 35-40 yaşlı şəxs döyülüb.

Məlumata görə, hadisə metropolitenin "28 May" və "Xətai" stansiyaları arasındakı keçiddə baş verib.

Zərərçəkənin bildirdiyinə görə, ona 3-4 nəfər hücum edərək, yumruq zərbələri endirib. Nəticədə o, baş nahiyəsindən xəsarət alıb.

Polis faktla bağlı araşdırma aparır./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar