Bakı metrosunda həyəcanlı anlar
25.04.2015 957 0.0 0

Bakı metrosunda həyəcanlı anlar yaşanıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, metropolitenin 20 Yanvar stansiyasında qatarların hərəkəti qəfildən dayanıb.

Daha sonra qatardakı sərnişinlər təxliyyə edilib. Hadisə şahidlərinin sözlərinə görə, stansiyada qatarların hərəkəti hər iki istiqamət üzrə dayandırılıb. Bu isə sərnişinlər arasında panikaya səbəb olub.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev  bildirdi ki, qatarların dayandırılmasına səbəb Dərnəgül istiqamətində hərəkət edən 32 saylı qatarda nasazlığın yaranmasıdır. O bildirdi ki, nasazlıq yaranan qatarlar köməkçi qatar vasitəsilə depoya aparılıb və hərəkət yenidən bərpa edilib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar