Bakı Beynəlxalq Dəniz Limanı İqtisadiyyat Nazirliyinin tabeliyinə verildi
29.04.2017 649 0.0 0

Nazirlər Kabineti “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edib.
 
Məlumata görə, dəyişikliyə əsasən İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların sayı artırılıb.
 
Ləğv edilən Nəqliyyat Nazirliyinin nəzdindəki təsərrüfathesablı Tikilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin Müdiriyyəti İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib. 
 
Qeyd edək ki, adı çəkilən Müdiriyyət 2011-ci ilin avqust ayında Nazirlər Kabinetinin qərarı ilə Ələt qəsəbəsində inşa olunan yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci fazasının inşasına nəzarət etmək üçün yaradılıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar