Bakı-2017: Teymur Məmmədov da FİNALDA
17.05.2017 789 0.0 0

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın daha bir boksçusu adını finala yazdırıb.

Məlumata görə, 91 kq çəki dərəcəsində çıxış edən boksçumuz Teymur Məmmədov yarımfinalda suriyalı Eldin Qoussun ilə üz-üzə gəlib.

Rəqibindən güclü olan idmançımız finala yüksəlib - 4:1.

Boksçumuzun finaldakı rəqibi türkiyəli Burak Akşin olacaq.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar