Bakı-2017: Para-atletika yarışlarında ilk qızıl medalımız
16.05.2017 773 0.0 0

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında para-atletika yarışlarına start verilib.

Trend-in məlumatına görə, atletimiz Samir Nəbiyev kürə itələmə yarışında bütün rəqiblərindən güclü olub.

İran idmançısı Cavid Şakib Ehsani gümüş, digər iranlı Cavad Dalakeh isə bürünc medala yiyələnib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar