Bakı-2017: Kişi voleybolçularımız finala çıxdı
20.05.2017 807 0.0 0

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın kişilərdən ibarət voleybol yığması yarımfinal mərhələsində Əlcəzairlə qarşılaşıb.

Trend-in məlumatına görə, millimiz 3:1 hesabı ilə rəqibindən güclü olub.

Beləliklə, komandamız sabah keçiriləcək finalda qızıl medal uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar