Bakı-2015: MOK ilk günün medalçılarını mükafatlandırdı - VİDEO
14.06.2015 828 0.0 0

 Bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında idmançılarla görüş keçirilib. Apasport.az saytının məlumatına görə, gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və Mətbuat Şurasının sədri Əflatun Amaşovun iştirak etdiyi tədbirdə Avropa Oyunlarının mükafatçıları ilə görüş keçirilib.
 
Bakı-2015 I Avropa Oyunlarında dünən medal qazanan Azərbaycan idmançıları ilə görüşən MOK rəsmiləri onları mükafatlandırıblar.
 
Öncə çıxış edən Çingiz Hüseynzadə mükafatçıları təbrik edib və bunun davamının gəlməsini arzuladığını bildirib.
 
Daha sonra nitq söyləyən Azad Rəhimov isə bildirib ki, Avropa Oyunlarının Bakıda keçirilməsi böyük uğurdu: “Şadıq ki, biz bu uğura nail olduq. Bütün idmançılarımız yarışa yaxşı başladılar. İlk gündən xalqımızı sevindirdilər. Artıq ilk gündə 3 qızıl, 1 gümüş, 3 bürünc medal qazanmışıq. İnanıram ki, qarşıdakı günlərdə də medalların sayı çoxalacaq, Azərbaycan idmançıları növbəti nailiyyətlərini qazanacaqlar. Bu gün bütün xalq Avropa Oyunları ətrafında birləşib. İlk medalçıları bura dəvət etməyimizdə məqsəd isə onlara hədiyyələr təqdim etməkdi. Onların hər birini bir daha təbrik edirəm. Ailələri də burdadı, onları da təbrik edirəm. Sağ olsunlar ki, bu cür övladlar, idmançılar yetişdiriblər”.
 
Ardından fikir bildirən Əflatun Amaşov isə Bakı-2015-i işıqlandırmaq üçün mətbuata yüksək səviyyədə şərait yaradıldığını deyib və razılığını bildirib: “Mətbuat da lazımi səviyyədə işini görür. İdmançılarımızı isə bu uğurlar münasibətilə təbrik edirəm”.
 
Könül Kərimova, Tünzalə Ağayeva, Cabbar Musayev kimi sənətçilərin ifalarından sonra  idmançılara güldan hədiyyə verilib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar