«Bakı 2015» könüllüsü polşalı idmançını belə xilas etdi - VİDEO
22.06.2015 837 0.0 0
Azərbaycan paytaxtında keçirilən Bakı-2015 I Avropa Oyunları zamanı maraqlı hadisə baş verib.

 

Məlumata görə, hadisə Milli Gimnastika Arenasında sinxron batut yarışları zamanı qeydə alınıb. Polşa təmsilçilərinin duet yarışı zamanı idmançılardan biri müvazinətini itirərək döşəyin kənarına düşüb. Bu zaman yaxınlıqda olan Bakı-2015 könüllülərindən biri müdaxilə edərək, idmançının yerə yıxılmasına mane olub. Beləliklə, polşalı idmançı hər hansı bədən xəsarəti almayıb. /APA/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar