Bakı-2015-in ilk mağazası (FOTO)
11.05.2015 721 0.0 0

Bu gün Bakı-2015 Avropa Oyunlarının mağazası açılıb. 

Məlumata görə, açılış mərasimində Bakı-2015 əməliyyatlar üzrə baş direktoru Saymon Kleq iştirak edib. O, mərasimdə çıxış edərkən bildirib ki, görülən işlər həyəcanın daha da artırılmasına xidmət edir.

“Mən əminəm ki, Bakı əhalisinin əksəriyyəti bu möhtəşəm tədbirin bir hissəsinə çevriləcək. Bu möhtəşəm tədbirin Bakıda uğurla keçiriləcəyinə tam əminəm”, - deyə Saymon Kleq bildirib.

Qeyd edək ki, Bakı-2015 brendli mallar, geyimlər, aksesuarlar, suvenirlər daxildir. Həmin mallar xüusisi təyin olunmuş nöqtələrdə satılacaq. Məhsulların satış dizaynları xüsusi olaraq Bakı-2015 üçün yaradılıb və onlar öz orijinallığını təsdiqləyəcək holoqramla təmin olunacaqlar./anspress/

 

 

 

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar