«Bakı-2015»in atributları «eBay»-da satışa çıxarılıb-FOTO
13.08.2015 601 0.0 0

Azərbaycanda bu ilin iyun ayında keçirilmiş “Bakı-2015” Birinci Avropa Oyunlarının atributları “eBay” internet-auksionunda satışa çıxarılıb.
 
Auksionda, oyunda iştirak edən hər bir idmançıya təqdim edilən xatirə medalı 139 dollara satışa çıxarılıb. Polşadan olan istifadəçi diametri 66 mm, çəkisi 146 qram olan medalın orijinal model olduğunu bildirib.
 
Bununla yanaşı, “eBay”də açılış və bağlanış mərasimləri üçün nəzərdə tutulmuş bilet cütləri (13 dollara), alov daşıyanların nişanları və digər atributlar təqdim edilib.Xatırladaq ki , bu barədə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytında məlumat verilib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar