Bahar Muradova İsveçin xarici işlər naziri ilə görüşüb
10.02.2016 445 0.0 0

Bu gün Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova ölkəmizdə səfərdə olan İsveç Krallığının xarici işlər naziri Marqot  Vallströmün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, B. Muradova Azərbaycanla İsveç Krallığı  arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini  söyləyib.
 
B. Muradova Azərbaycanın Şərqdə qadınlara ilk dəfə seçki  hüququ verən dövlət kimi tarixin səhifələrinə düşdüyünü  diqqətə çatdırıb, qəbul edilən qanun və aktlarda gender  bərabərliyi prinsiplərinin qorunmasından, bu  sahəni əhatə  edən sənədlərin qəbulundan söz açıb. Milli Məclis sədrinin müavini Azərbaycan parlamentində təmsil olunan 125  deputatdan 20-nin qadın olduğunu qeyd edib.
 
Azərbaycanın dostu olaraq səfərə gəldiklərini deyən M. Vallström Azərbaycanın dövlət siyasətində və ölkə həyatında qadınların rolunu yüksək dəyərləndirib. İsveç xarici işlər naziri ölkələrimiz arasında ticarət dövriyyəsi  sahəsində ikiqat vergitutmanın ləğvi ilə bağlı sənədin  qəbul edilməsini də yüksək qiymətləndirib. Eyni zamanda  Dağlıq  Qarabağ münaqişəsinin həlli istiqamətində tezliklə əhəmiyyətli irəliləyişlər ediləcəyinə ümidvar olduğunu  bildirib.
 
Görüşdə Milli Məclisin Ailə, qadın və uşaq  məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, deputatlardan Məlahət  İbrahimqızı, Aytən Mustafayeva, Kamilə Əliyeva və digərləri iştirak ediblər./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar