Bağdadda bomba yüklü avtomobil partladılıb, ölən və yaralananlar var
14.02.2017 603 0.0 0

İraqın paytaxtı Bağdadın qərbində güclü partlayış baş verib.

"Report" TASS-a istinadən xəbər verir ki, terror aktı nəticəsində ölən və yaralananlar var, hazırda onların sayı dəqiqləşdirilir.

İlkin məlumatlara görə, partlayış nəticəsində 4 nəfər ölüb, 14 nəfər yaralanıb.

Əldə olan məlumata görə, Bağdadın qərbində yerləşən sənaye rayonlarından birində bomba yüklü avtomobil partladılıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar