BAEA- İranın nüvə proqramı haqda açıqlama verdi
24.03.2015 716 0.0 0

İranın nüvə proqramının hərbi potensialı üzrə təhqiqatda müəyyən irəliləyiş əldə olunub və Tehran tərəfdən daha böyük əməkdaşlığa ehtiyac var.

Qazeta.info ANS PRESS-in məlumatına əsasən bildiri ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Yukiya Amano Vaşinqtonda keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, İran agentliklə nüvə proqramının məhdudlaşdırılması üzrə aralıq sazişin icrası sahəsində əməkdaşlıq edir. Ancaq nüvə materialının mümkün hərbi miqyasının aydınlaşdırılması istiqamətində çətinliklər olub. İranda bütün nüvə materialının dinc məqsədli olması nəticəsinə gələ bilmirik.

Xatırladaq ki, BAEA İranda iddia olunan partlayıcı sınaqlarını və nüvə silahı hazırlamaq üçün istifadə oluna bilən digər fəaliyyəti araşdırır. Bu təhqiqat İranın 6 fövqəldövlətlə nüvə danışıqları ilə eyni vaxtda gedir. Məqsəd İrana iqtisadi sanksiyaların yumşaldılması əvəzində Tehranın nüvə proqramının məhdudlaşdırılmasıdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar